Kişi arvadını və qayınatasını bıçaqladı – Video

Kişi arvadını və qayınatasını bıçaqladı – Video
  07 Oktyabr 2016    Oxunub:2103
Bakı sakini həyat yoldaşını və qayınatasını bıçaqlayıb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, qanlı olay Yasamal rayonu Bünyadzadə küçəsi ev 11, mənzil 23-də baş verib.

Həmin ünvanda yaşayan 55 yaşlı İlqar İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb. Yaralılar dərhal xəstəxanaya gətirilib. Qarın nahiyəsindən xəsarət alan İlqar İsmayılov əməliyyat olunub. Nəsibə İsmayılovanın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə məlumat alan 29-cu polis bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Polisə ifadə verən Nəsibə İsmayılovanın sözlərinə görə, onu və atasını həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti