Səfirlik rus gəmiləri ilə bağlı açıqlama verdi

Səfirlik rus gəmiləri ilə bağlı açıqlama verdi
  12 Avqust 2013    Oxunub:1039
Dağıstan” raket gəmisi başda olmaqla Xəzər donanmasının Rusiyaya məxsus gəmilər dəstəsi avqustun 12-13-də Bakı limanına gələcək.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu səfərin məqsədi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.

Səfərin proqramına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşlər və Rusiyaya məxsus gəmilərin şəxsi heyətini Azərbaycan paytaxtının görməli yerləri ilə tanış etmək nəzərdə tutulur.(Azərtac)


Teqlər:  





Xəbər lenti