Silahlılar Kardaşyanı belə girov götürdü – 3D VİDEO

Silahlılar Kardaşyanı belə girov götürdü – 3D VİDEO
  04 Oktyabr 2016    Oxunub:9679
Fransanın `BFMTV` telekanalı erməni əsilli ulduz Kim Kardaşyanın silahlılar tərəfindən saxlanılmasını əks etdirən 3D formatında görüntülərini hazırlayıb.
AzVision.az xəbər verir ki, hadisə bazar ertəsinə keçən gecə Kim Kardaşyanın qaldığı oteldə baş verib. Qadının 5-6 milyon avro dəyərində zinət əşyalarının qoyulduğu qutu və qiyməti 4 milyon avro olan üzüyü oğurlanıb. Qarətçilər, həmçinin onun iki mobil telefonunu aparıblar.

Basqında polis forması geyinmiş beş maskalı şəxsin iştirak etdiyi bildirilir. Onlar Kardaşyanın əl-qolunu bağlayaraq vanna otağına salıblar.

Kim Kardaşyanın əri reper Kanye Uest ailə vəziyyətini səbəb gətirərək, Nyu-Yorkdakı konsertini yarımçıq dayandırıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti