Putinə görə yollar bağlanacaq

Putinə görə yollar bağlanacaq
  12 Avqust 2013    Oxunub:1289
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, hava limanından şəhərin mərkəzi istiqamətinə və həmin marşrutla Zuğulba qəsəbəsi istiqamətində olan küçə və prospektlər üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

DYP tıxac və yol qəza hadisələri yaranmaması üçün sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana səfər edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti