Atambayev xəstəxanadan evə buraxıldı

Atambayev xəstəxanadan evə buraxıldı
  01 Oktyabr 2016    Oxunub:1838
Rusiyada müalicə alan Qırğızıstan prezidenti Almazbek Atambayev xəstəxanadan evə buraxılıb.
AzVision.az -ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, prezident Rusiya tərəfinin dəvəti və mütəxsislərinin məsləhəti ilə Moskvaya gedib.

Atambayev Moskvada Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etə bilməmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti