Çaylarda sululuq artıb, daşqınlar olub

Çaylarda sululuq artıb, daşqınlar olub
  30 Sentyabr 2016    Oxunub:1122
Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Girdimançayda qısamüddətli daşqın olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-270, Kiçik Qafqaz çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

Sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 43 m3/s təşkil edərək ongünlük normanın 45 faizini təşkil edib.

Sentyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım olub. Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 23, Salyanda 4, Bankədə 8 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 22 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 498 (2015-ci il sentyabrın 30-da 320 sm), Salyanda 329 (2015-ci il sentyabrın 30-da 130 sm), Bankədə 249 (2015-ci il sentyabrın 30-da 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (2015-ci il sentyabrın 30-da 33 sm) təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti