Şimon Peres bu gün dəfn olunacaq

  30 Sentyabr 2016    Oxunub : 4703
Şimon Peres bu gün dəfn olunacaq
Bu gün İsrailin sabiq prezidenti Şimon Pereslə rəsmi vida mərasimi keçiriləcək.
AzVision.az mərhum prezident günortadan sonra dəfn olunacaq.

Mərasimə 80 ölkənin rəsmi nümayəndələrinin İsrailə səfər edəcəyi bildirilir.

Mərasimdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər iştirak edəcəklər. Barak Obamanın mərasimdə xüsusi nitqlə çıxış edəcəyi gözlənilir.

İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyəti 6 nəfərdən ibarətdir. Vida mərasimində Yebda Abramovla yanaşı baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev də iştirak edəcək

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: