Timoşenko yeni `Maydan`a hazırlaşır

  29 Sentyabr 2016    Oxunub : 1408
Timoşenko yeni `Maydan`a hazırlaşır
Yuliya Timoşenkonun “Batkivşina” partiyası bu ilin payızında Kiyevdə geniş miqyaslı etiraz aksiyasına hazırlaşır.
Bu haqda “Apostrof” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, etiraza əsas səbəb kommunal xidmətlərə görə qiymətlərin yüksək olmasıdır.

“Fəaliyyətləri Yuliya Timoşenko ilə bağlı olan ictimai təşkilatlar gözlənilən etiraz aksiyalarında istifadə etmək üçün 300-dən 500-ə qədər çadır alıblar. Onlar oktyabrın 1-nə hazır olmalıdır”, - məlumatda qeyd olunur.

Nəşrin yaydığı xəbərə görə, vəziyyətin “laxlaması” oktyabr, noyabr və dekabr ayları üçün planlaşdırılır. Gələcəık aksiyaların başlıca məqsədi əvvəlcə növbədənkənar parlament, ardınca prezident seçkilərinin keçirilməsinə nail olmaqdır.

“Batkivşina”nın lideri vaxtaşırı fəaliyyətdə olan Kiyev hakimiyyətini tənqid edir.

Timoşenko sentyabrın 19-da bəyan edib ki, Lvov sakinləri Maydan nəticəsində Ukraynada hakimiyyətə gələnlərdən narazıdırlar. O qeyd edib ki, Ukraynanın qərbində ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin vaxtında vəziyyətin bundan yaxşı olması fikri formalaşıb.

Siyasətçi əlavə edib ki, ukraynalılar indiki hakimiyyətin siyasətini sistemli və genosid hesab edirlər.

AzVision.az

Teqlər: