Sabah 34° isti olacaq

Sabah 34° isti olacaq
  11 Avqust 2013    Oxunub:1057
Sabah hava dəyişkən buludlu və yağmursuz keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir.

Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcəkdir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaqdır.
Aran rayonlarında havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti