Deputatlığa namizədlər arasında əlbəyaxa dava - Video

Deputatlığa namizədlər arasında əlbəyaxa dava - Video
  27 Sentyabr 2016    Oxunub:4992
Gürcüstanda canlı efirdə deputatlığa namizədlər arasında əlbəyaxa dava düşüb.
AzVision.az xəbər verir ki, davanın görüntüləri “Youtube” portalında yerləşdirilib.

İberiya telekanalının canlı efirində İrakli Qlonti ilə Zaza Aqlaze üz-üzə gəlib. Qlonti rəqibi Aqladze və tərəfdarlarını Rusiyapərətstlikdə ittiham edib.

Aqladze buna cavab olaraq opponentinə su ilə dolu stəkan atıb. Qlonti də öz növbəsində qarşında olan stəkanı rəqibinə atıb.

Aparıcı siyasətçiləri ayırmağa çalışsa da, buna nail ola bilməyib. Deputatlığa namizədlər əlbəyaxa olublar. Veriliş yarımçıq dayandırılıb.



Məlumat üçün İrakli Qlonti “Paata Burçuladzenin – Xalq üçün dövlət bloku”nu təmsil edir, bura sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları daxildir. Zaza Aqladze “Topadzenin – Sənayeçilər, Bizim vətən bloku”nu təmsil edir. Bu blok Tbilisinin NATO və Aİ daxil olmaqdan imtina etmək hesabına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır.

Qeyd edək ki, sentyabrın 22-də də Gürcüstanda parlament seçkiləri öncəsi deputatlığa namizədlərin debatı zamanı insident yaşanmışdı.

İnsident Kvemo Kartli TV-nin studiyasında canlı yayım zamanı qeydə alınmışdı.

Belə ki, azərbaycanlı namizəd Polad Xəlilovla Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının namizədi Qurqenaşvili dialoq dava ilə nəticələnib. Namizədləri sakitləşdirmək cəhdi uğursuz alınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti