Gərgin debat: Klinton Trampı susdurdu (VİDEO)

Gərgin debat: Klinton Trampı susdurdu (VİDEO)
  27 Sentyabr 2016    Oxunub:3970
ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp seçki öncəsi ilk dəfə teledebatda iştirak edib.

AzVision.az-ın xarici ölkə mətbuatına istinadən veriyi məlumata görə, CNN telekanalının hazırladığı anketə əsasən 100 milyondan çox insanının izlədiyi debat maraqla qarşılanıb.

Nyu-Yorkdakı Hofstra Universitetində baş tutan debat təxminən 1 saat 35 dəqiqə davam edib. Müzakirələr zamanı tərəflər daha çox iqtisadiyyat və terror qruplaşaması olan İŞİD-lə mübarizə ilə bağlı çıxış ediblər.

Trampın əsəbi göründüyü bir vaxtda xanım Klintonun rahat və sakit rəftarı diqqətdən yayınmayıb.Xanım namizəd bildirib ki, İŞİD terror qruplaşaması ilə mübarizdə hava hücumuna daha çox üstünlük veriləcək. “İŞİD-i Rakkadan çıxarmaq üçün ərəb və kürd dostlarımızı dəstəkləyəcəyik”, -deyə Klinton söyləyib.

Tərəflər daha sonra vergi məsələsini müzakirə ediblər. Klinton rəqibindən vergi siyasətinə dair mövqeyini açıqlamasını istəyib: “O, heç vaxt vergi ilə bağlı fikirlərini açıqlamayacaq. Çünki gizlətdiyi məqamlar var”.

Tramp isə Klintonun dövlət katibi işlədiyi vaxtlarda özəl email hesabından istifadə etməsinə eyham vurub: “Silinən 33 min email mesajını açıqlarsa , mən də vergi bəyannaməsini ilə bağlı açıqlama verəcəyəm”,- deyəTramp Klintona cavabında bildirib.

CNN/ORC-nin hazırladığı sorğuda iştirak edənlərin 62 faizi hesab edir ki, debatın qalibi Klinton olub. 27 faiz isə Trampı dəstəklədiyini bildirib.

Debat zamanı Klinton Trampın ABŞ-ın hazırkı prezidenti Barak Obamanın Amerikada doğulmaması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Klinton Trampı irqçiliyi müdafiə etməkdə günahlandırıb: “Onun irqçiliyi təbliğ etməsini əks etdirən xeyli çıxışı var”.

Tramp rəqibinin bu mövzudakı fikirlərinə sadəcə olaraq diqqət yetirimədiyini, daha önəmli məsələlələrdən söhbət açmağın vacibliyini vurğulayıb.

Debat zamanı namizədlərin bu sözləri diqqət çəkib. Trampın debat zamanı sələndirdiyi bu ifadələr mətbuatın gündəmini zəbt edib:“Hillarinin təcrübəsi var, amma pis bir təcrübədir”

“Bütün müttəfiqlərimizə yardım etmək istəyirəm. Amma milyonlarla dollar itiririk. Bütün dünayanın polisi ola bilmərik. Dünaydakı bütün ölkələri qoruya bilmərik”.



Tramp xanım Klintonun prezident səviyyəsində olmadığını deyib. Milyarder namizəd Afrika əsilli amerikalıların ABŞ-da “cəhənnəm”də yaşadığını sözlərinə əlavə edib.

O, həmçinin polislərin qaradərili insanları hədəf almasına da münasibət bildirib. Qeyd edib ki, bunun qarşısını almağın yeganə yolu hüququn üstünlüyü və asayişin təmin edilməsindən ibarətdir.

Klinton rəqibinə cavab olaraq bildirib ki, cəza tədbirlərilə bağlı reform edəcək: “Təəssüf ki, bu gün irq bir çox məsələləri müəyyən edir”.

Hillari Klinton çıxışı zamamı Rusiyaya xəbərdarlıq etməyi unutmayıb. Xanım diplomat rəsmi Moskvanı kiberhücumlarda ittiham edib və ABŞ-ı müdafiə edəcəyini vəd edib.

Onun sözlərinə görə, ABŞ-ın iki növ əleyhdarı mövcuddur: “dövlət orqanları” və müstəqil haker qrupuları: “Gəlin, hərş şeyi aydın deyək. Biz əlimizdə olan mövcud resurslardan bu və ya digər hərbi vasitələrdən istifadə etməyərək ölkənin vətəndaşını müdafiə edəcəyik. Ruslar da bunu başa düşməlidir”.

O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin sərt və uzun oyun oynayır: “O, ABŞ Demokratlar Partiyasının Milli komitəsini saytında olan məlumatları, dövlət və özəl faylları ələ keçirmək üçün kiberməkanda güclü olan şəxsləri azad etdirib. Bu yaxınlarda öyrəndik ki, onlardan birinin (Rusiya-red) işi məlumat toplamaqdır. Rusiya, Çin, İran və ya kiməsə daha aydın şəkildə anlatmaq istəyirik ki, bizim daha çox imkanlarımız var. Və bu dövlətlərin bizim məlumatları əldə etmək istəyini rahat oturub seyr etməyəcəyik. Donald Trampın Putinə amerikalıların kompüterlərinə hücum etmək barədə çağırışını görəndə şoka düşdüm”.-deyə o, əlavə edib.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti