Erməni deputatların `knopka`sı işləmədi – Kuryoz olay (VİDEO)

Erməni deputatların `knopka`sı işləmədi – Kuryoz olay (VİDEO)
  26 Sentyabr 2016    Oxunub:8474
Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasında kuryoz olay baş verib.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, hakim Respublika Partiyasının deputatları səs verərkən səsvermə düyməsi işləməyib.

Məlumata əsasən səsvermə zamanı ilk cəhddə tabloda yalnız onlarla deputatın səsi qeydə alınıb.

Parlament spikeri Qalust Saakyan hadisəyə müdaxilə edərək bildirib: “Xahiş edirəm, səsvermə sistemini işə salı. Düymələr işləmir”.

Son nəticədə sistem işə salındıqdan sonra səsvermənin nəticələri gözlənilən olub. Gündəliyin sürətli şəkildə müzakirəsinin lehinə 77, əleyhinə 26, 6 nəfər isə fikir bildirməkdən imtina edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti