MSK İlham Əliyevin namizədliyini təsdiqlədi

MSK İlham Əliyevin namizədliyini təsdiqlədi
  10 Avqust 2013    Oxunub:1333
Mərkəzi Seçki Komissiyasi Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini təsdiqləyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.
MSK tərəfindən YAP-dan səlahiyyətli nümayəndələr kimi partiyanın sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov qeydə alınıb.

Məlumat üçün bildirək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti