Əli Kərimlinin evini yardılar

Əli Kərimlinin evini yardılar
  10 Avqust 2013    Oxunub:1080
AXCP sədri Əli Kərimli ona qarşı təxribat hazırlandığını iddia edir.
Avqustun 9-daAXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinə girib. Bu barədə AzVision.az Azadlıq.info-ya istinadən məlumat verir.

Kərimli mənzildən heç nə götürməyən həmin adamların məqsədlərinin başqa olduğu güman edir.

Əli Kərimlinin sözlərinə görə, belə bir hadisə bir neçə gün əvvəl də baş verib.

“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Əminəm ki, bu adamlar baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”, - deyə Əli Kərimli qeyd edib.


Teqlər:  





Xəbər lenti