Putindən deputatlara gözlənilməz təklif

Putindən deputatlara gözlənilməz təklif
  23 Sentyabr 2016    Oxunub:2713
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının deputatlarına parlamentin aşağı palatasının sədri vəzifəsinə Kreml Administrasiyasının rəhbər müavini Vyaçeslav Volodinin namizədliyini təklif edib.
Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir.

"Düzdür, bu, sırf olaraq deputatların işidir. Lakin Dmitri Anatolyeviç (Medvedev - Rusiyanın baş naziri) ilə birlikdə deputatlardan Vyaçeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik", - deyə Putin fraksiya liderlərinə müraciətində bildirib.

Putinin təklifinin deputatlar üçün gözlənilməz olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Dumanın sədri olan Sergey Narışkin dünən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti