Ancelina Coli Bred Pitti polisə verdi: `Uşaqları döyürdü`

Ancelina Coli Bred Pitti polisə verdi: `Uşaqları döyürdü`
  22 Sentyabr 2016    Oxunub:4033
Los-Anceles polisi tanınmış aktyor Bred Pittə qarşı cinayət işi qaldırıb. Bred Pitt uşaqlara qarşı zorakılıqda ittiham olunur.
AzVision.az “TMZ”-ə istinadən xəbər verir ki, məhz bu faktın Ancelina Coli-Bred Pitt cütlüyünün boşanmasın səbəb olduğu bildirilir. Məlumata görə, Ancelina Coli uşaqları döydüyü üçün Bred Pittdən polisə şikayət edib.

Bu cür hallardan biri cütlüyün şəxsi təyyarələrində Los-Ancelesə uçan zaman baş verib. Bredin vəziyyəti pis olub və o, uşaqlara əsəbiləşib.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə hava limanına enən vaxt 52 yaşlı aktyor uşaqların üstünə qışqırıb, həmçinin fiziki zorakılıq tətbiq edib.

Bred Pitt və Ancelina Coli bu məsələyə ilə bağlı rəy bildirmir.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Onlardan yalnız 3-ü doğmadır. Digər 3-nü Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib.

Cütlük qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıb. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya gəlib. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin pulları onlar xeyriyyə məqsədi il xərcləyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti