FHN Binədəki yanğınla bağlı açıqlama yaydı

FHN Binədəki yanğınla bağlı açıqlama yaydı
  10 Avqust 2013    Oxunub:1062
Fövqəladə Hallar Nazirliyi Binə ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir:
Bakı şəhəri, Qaradağ rayonunda Binə ticarət mərkəzində birbirinə bitişik bir çardağ altında tikilmiş, sahibləri məlum olmayan, (əsas konstruksiyalar yüngül plastik materiallardan ibarət) məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bəzək-bjüteriya mağazasının və dönərxananın yanar konstruksiyaları 210 kv.m sahədə yanıb. Bitişik mağzalar yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti