ABŞ erməniləri Obamaya qarşı çıxdılar

 ABŞ erməniləri Obamaya qarşı çıxdılar
  22 Sentyabr 2016    Oxunub:1956
ABŞ erməniləri Ermənistanın Müstəqillik günü ilə bağlı Ağ Evin bəyanatını kəskin tənqid ediblər.
AzVision.az Virtualaz.org-a istinadən bildirir ki, Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ambaryan bəyanatda “erməni soyqırımı” barədə bir kəlmənin də olmadığını vurğulayıb. O xatırladıb ki. Barak Obama 2008-ci ildə seçicilərin səslərini toplamaq xatirinə bu amildən istifadə etmişdi.

Ambaryanın sözlərinə görə, bəyanatda Qarabağ məsələsinə də toxunulmur. “Sükut Bakıya təhlükəli siqnal yollayır”, - o deyib.

İcraçı direktor xüsusi olaraq qeyd edib ki, Obama administrasiyası “Biz o günlərin vədlərinə sadiq qalmaqda davam edirik” ifadəsini işlədib və bunu “erməni soyqırımı”nın tanınması baxımından prezidentin yerinə yetirilməmiş vədinə aid etmək daha düzgün olardı.

AzVision.az


Teqlər:





Xəbər lenti