Prezidentdən Quran nüsxələrinin mühafizəsi üçün göstəriş - VİDEO

Prezidentdən Quran nüsxələrinin mühafizəsi üçün göstəriş - VİDEO
  10 Avqust 2013    Oxunub:1059
XVI-XVII əsrdən qalan əlyazması Quranlar üçün xüsusi bina tikiləcək.

VII əsrdə məhz Ramazan ayında nazil olan Qurani Kərimin 2 minə qədər nüsxəsi Qafqaz Müsəlmanları İdarəsinini kitabxanasındadır. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə illərlə topladığı bu müqqədəs kitabların saxlanması və bərpası üçün ölkə başçısı İlham Əliyevə müraciət etdiyini və bu məqsədlə xüsusi binanın tikiləcəyini açıqlayıb:

“İki minə qədər qiymətli əlyazmalarımız var. Mən 30 – 40 ildir bu əlyazmaları yığıram. Sovet dövründə qorxurdular, atırdılar, mən yığırdım. Mən onların hər birini ruhani idarəyə təhvil vermişəm. Prezident həzrətləri lütfelədi, onları saxlamaq üçün xüsusi yer – bina tikirik. Çünki elə əlyazmalar var ki, XVI-XVII əsrdən qalıb. Onlar bu millətin, bu xalqındır və gələcəyə qalmalıdır. Bu böyük bir mənbədir”.




Teqlər:  





Xəbər lenti