`ABŞ radikal müxalifəti təhqir edib`

`ABŞ radikal müxalifəti təhqir edib`
  19 Sentyabr 2016    Oxunub:1682
Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Azərbaycan müxalifətini AXCP sədrinin oğlu Türkel Kərimli təmsil edib. Bu, müxalifət düşərkəsində birmənalı qarşılanmayıb.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ Konqtesinin İnsan Hüquqları Komissiyasında təmsilçiliyi biabırçılıq və rəzalətdir: “Əli Kərimlinin oğlu Azərbaycanla bağlı üzündən yazılmış mətni oxuyur və ermənilər buna qulaq asırlar. Azərbaycan xalqının divan tutmuş bir insanın oğlunun Əli Kərimlinin oğlu ilə bir yerdə oturması heç vaxt təsadüfü ola bilməz.

Digər tərəfdən, ABŞ 24 yaşlı bir gənci dinləmələrə dəvət etməklə göstərdi ki, radikal müxalifətə heç bir önəm vermir. 24 yaşlı bir gənc nədən danışa bilər? Hansı göstəriçiləri ilə müxalifəti təmsil edə bilər? Əli Kərimlinin oğli olmaq ona hansı statusu verir? Özü də bu gənc uzun illərdi ki, atasının pulu ilə İngiltərənin ən bahalı unveristetində oxuyur, yaşayır. Xatırlayıram, 2000-ci ildə ABŞ-da dinləmələrə Azərbaycan müxalifəti dəvət edilmişdi. Müxalifəti mərhum Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəsul Quliyev təmsil edirdi. İndi görün vəziyyət necədir ki, müxalifəti Əli Kərimlinin 24 yaşlı uşağı təmsil edir. Bir daha qeyd etmək istəyirəm ki, ABŞ bununla Azərbaycanın radikal müxalifətinə hansı “dəyər” və “qiymət” veridyini göstərir”.


Teqlər:





Xəbər lenti