İranda müalicə alan 5 yaşlı Emillə bağlı açıqlama

İranda müalicə alan 5 yaşlı Emillə bağlı açıqlama
  09 Avqust 2013    Oxunub:1157
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranda müalicə olunan Emil Məlikovla bağlı açıqlama yayıb.
Konsulluqdan bildirilib ki, Emil Məlikovun atası müraciətinə əsasən Baş Konsulluq tərəfindən qəbul edilərək dinlənilib, həmçinin onunla dəfələrlə telefon əlaqəsi yaradılıb.

Məlikovlar ailəsinə uşaqlarının xəstəxana xərclərindən azad olunmasının Baş Konsulluğun səlahiyyətləri xaricində olduğu, Şəhid Mədəni adına Ürək və Damar Xəstəxanası da dövlət xəstəxanası olduğundan, tariflərin konkret müəyyən edildiyi və xərclərdən azad olunmasının imkan xaricində olduğu, xərclərin hansısa bir qisminin azaldılmasının isə çox çətin olduğu bildirilib.

Buna baxmayaraq, köməklik göstərilməsi məqsədilə əməliyyatı həyata keçirmiş həkimlə də Baş Konsulluq tərəfindən əlaqə saxlanılıb, vəziyyət öyrənilib, həkimin özünə çatan əməliyyat xərcini xəstəxananın hesabına keçirməsi və xəstəxananın da köməyi ilə xərclərin müəyyən qismi azaldılıb, digər qalan hissənin qısa zamanda ödənilməsi şərti ilə uşaq xəstəxana tərəfindən valideynlərinə təhvil verilərək, ciyərlərindən müalicəsini davam etdirmək məqsədilə digər xəstəxanaya köçürülüb.

Hazırda Emil Məlikov valideynləri tərəfindən “Kudəkan” uşaq xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.
Xəstəxana xərclərindən azad olunmasının və ya ödənilməsinin, xərclərinin azaldılmasının Baş Konsulluğun səlahiyyətləri xaricində olmasına baxmayaraq, Baş Konsulluq vətəndaşa köməklik göstərilməsi istiqamətində səylərini davam etdirir.

Qeyd edək ki, mətbuatda Emil Məlikovun Təbrizin Şəhid Mədəni Xəstəxanasında girov saxlanılması barədə məlumatlar yayılıb. Buna səbəb kimi xəstəxananın körpənin ürəyindən əməliyyatı üçün əlavə pul tələb etməsi və valideynlərin əvvəlcədən razılaşdırılmamış məbləği ödəyə bilməməsi göstərilib.(apa)


Teqlər:  





Xəbər lenti