Nicat Dağlar: `Mən yaşayacam`

Nicat Dağlar: `Mən yaşayacam`
  09 Avqust 2013    Oxunub:1021
Almaniyada müalicə olunan jurnalist Nicat Dağlar avqustun 11-də Bakıya qayıdacaq.
AzVision.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb:

`Ağır və çətin günləri geridə qoydum. Almaniyada xüsusi müalicə proqramından keçmişəm. Orqanizm tədricən normal fəaliyyətini bərpa edir. Artıq əvvəlki kimi və hətta bir qədər də gümraham. Sözsüz ki, müalicə davam etməli, dərmanlarımı qəbul etməli və hələlik orqanizmin immuniteti o qədər də güclü olmadığından əlavə təsirlərdən qorunmalıyam. Oktyabrın ikinci yarısında isə yenidən Almaniyaya qayıtmalıyam. Yenidən müayinədən keçəndən sonra mənə ilik köçürülməsinə ehtiyac olub-olmamasına qərar veriləcək”.

Sağlıq durumumu daim diqqətdə saxlayan və dəstəyini əsirgəməyən ailəsinə, dostlarına, media qurumlarına, Mətbuat Şurasına, millət vəkillərinə, ictimaiyyət nümayəndələrinə, Gəncə camaatına və prezident İlham Əliyevə minnətdarlığımı bildiririəm. Tam səmimi deyirəm, ölümün pəncəsində olduğum vaxt prezidentin mənim müalicəmi öz üzərinə götürməsi barədə xəbəri eşitdim. İnanın, bir anın içində mənə elə bir ruh gəldi ki, içimdə xəstəliyi yenəcəyimə əminlik yarandı. "Mən yaşayacam" dedim. Əslində mən elə həmin an həyata qayıtdım. İradəsi, ümidləri ölmüş bir adam üçün bu, elə həyat demək idi. Çox sağ olsun, Allah balalarını xoşbəxt eləsin!`


Teqlər:





Xəbər lenti